7 Fevral 2019 20:13
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın eks-prezidenti Serj Sərksyan 2008-ci ilin 1 mart hadisələri ilə bağlı təkrar dindirilib.

Bu barədə "Report" Ermənistanın "Armtimes.com" nəşrinə istinadən məlumat verib.

"Dindirilmənin, təxminən, dörd saat davam etdiyinə aydınlıq gətirməyi bacardıq. Sərksyan bu iş üzrə şahid qismində çıxış edir. Xüsusi İstintaq Xidmətindən bu məlumata da (keçən dəfə olduğu kimi - red.) şərh verilməyib", - deyə nəşr yazıb.

Daha əvvəl Sərksyanın fevralın 1-də bu iş üzrə 5 saat müddətində dindirildiyi bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər