Norveçdə müəllimlər tətil edir. Norveçdə müəllimlər üçün yeni iş saatları tətbiq ediləndən sonra 8000-ə yaxın müəllim tətil elan edib. Yaranmış vəziyyətlə əlaqədar, bəzi tədris müəssisələrini bağlamaq lazım gəlib, digərləri isə məhdud sayda heyətlə fəaliyyət göstərir.
İndi Norveçdə 7 700-dən çox tətilçi var. Kütləvi tətilin səbəbi müəllimlərin iş qrafikində dəyişikliklər olub. Yeniliklərə əsasən, hazırda müəllimlər gün ərzində 7,5 saat məktəbdə olmalıdırlar, halbuki əvvəllər onlar işin bir hissəsini evdə yerinə yetirə bilirdilər.
Bu vəziyyət üzündən, Norveç böyük itkilər verir. Yeni məlumatlara əsasən, ölkə hər gün 1,62 milyon dollar məbləğində vəsait itirir.
/AzərTAc/