8 Fevral 2019 10:46
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənin hökumətim dini inanclar səbəbindən ölkə xaricində həbs edilən amerikalı rahiblərin azadlığa buraxılması üçün çalışır.

Teleqraf.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp milli dua tədbirinə qatılıb və Türkiyənin xoşuna gəlməyən sözlər işlətməklə yadda qalıb.

Tramp qeyd edib ki, ötən ilin oktyabrında Türkiyə ilə anlaşaraq rahib Brunsonun azadlığa buraxılmasını təmin edib:

“Rahib Brunson hazırda bizim aramızdadır. Mən prezident seçilməmişdən əvvəl Brunson uzun illər Türkiyədə idi. Mən “onu azad etməlisiniz”, dedim. Daha sonra “onu buraxsanız yaxşı olar”, dedin və onu buraxdılar.

Bu bir möcüzə idi. Birlikdə çox zaman keçirdik, gözəl bir insandır və gözəl ailədir. Çox təşəkkür edirəm Brunson”.

Daha sonra Donald Tramp rahib Brunsonun qızının bu həftənin sonunda evlənəcəyini xatırladaraq özünün mərasimə dəvət olunub-olunmaması ilə maraqlanıb:

“Təbrik edirəm. Mən mərasimə dəvətliyəmmi? Bilmirəm, dəvətliyəm, ya yox. Brunson indi oradan dəvətli olduğumu bildirir. Təşəkkür edirəm”.

Siyasi analitiklər isə hesab edirlər ki, artıq ABŞ-da növbəti prezident seçkiləri tədricən gündəm mövzusuna çevrilir. Bu çərçivədə indiki prezident Donald Tramp dini amildən daxili siyasətdə inanılmaz formada istifadə edir.


Müəllif: Cavad

Oxşar xəbərlər