Rusiyanın Şimal Qütbünə yaxın “Novaya Zemlya” adalarında çoxlu sayda qütb ayısı aclıq səbəbindən şəhər mərkəzinə enib.
Teleqraf.com xəbər verir ki, qütb ayıları Rusiyada nəsli tükənməkdə olan heyvanlar kateqoriyasına aiddir. Bu səbəbdən də şəhərə və qəsəbələrə gələn ayıların güllələnməsi və öldürülməsi qadağandır.
Məlumata görə, şəhərdə qütb ayılarının sayının artması insanlarda təşviş yaradıb.
Bölgədə fövqəladə vəziyyət elan edilib. Gün ərzində ayıların sayı getdikcə artıb, bəzi ayılar hətta insanların evinə və bağına da daxil olub.
Ayıların şəhər mərkəzində insanlara hücum etməsindən sonra sakinlər onları vurmaq məqsədilə aidiyyəti orqanlardan icazə istəyiblər.
Lakin sakinlərin müraciətinə razılıq verilməyib.