11 Fevral 2019 23:45
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Aralıq dənizində neft və qaz axtarışına başlayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin energetika və təbii resurslar naziri Fatih Dönməz deyib.

Nazir bildirib ki, tədqiqat işlərinin aparılması məqsədilə fevralın 20-də seysmik kəşfiyyat gəmisi göndəriləcək.

F.Dönməz vurğulayıb ki, hər il iki quyunun qazılması və seysmik kəşfiyyat işlərinin aparılması planlaşdırılır.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin 2019-cu ilin ortalarınadək Qara dənizdə neft və qaz axtarışından nəticə əldə edəcəyinə ümid etdiyi bildirilirdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər