12 Fevral 2019 15:50
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney azərbaycanlı milli-mədəni fəallar Şapur Nüsrətpur və Murtaza Sənayi saxlanılıb.

Teleqraf.com xəbər verir ki, fəallar İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən evlərində saxlanılaraq, Ərdəbil İnqilab Məhkəməsinə aparılıb.

Fəallar növbətçi hakimin qərarı ilə ETTELAAT-ın bölgə təcridxanasına köçürülüblər.

Hələlik fəalların saxlanmasının səbəbi və digər təfərrüatlar barədə dəqiq məlumat olmasa da, onların azərbaycanlı fəal Abbas Lisaninin qanunsuz həbsinə qarşı etirazlarla bağlı tutulduqları ehtimal olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər