ABŞ prezidenti Donald Trump bildirib ki, Cənubi Koreyanın prezidenti Mun Çje İnlə Şimali Koreya lideri Kim Çen Inla görüşü müzakirə edib.
Tramp qeyd edib ki, gələcək görüşün "bütün aspektləri" müzakirə olunub. Trampın sözlərinə görə, bundan başqa çərşənbə günü Yaponiyanın baş naziri Sindzo Abe ilə görüş olacaq.
Tramp deyib ki, Koreya yarımadasının denuklerizasiyası onun məqsədi olaraq qalır: "Xüsusi tələsməyi planlaşdırmıram".
Qeyd edək ki, Tramp və Inın görüşü 27-28 fevral tarixlərində Vyetnamda planlaşdırılıb.