30 Avqust 2014 18:37
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Əlcəzairdə qəzaya uğrayan An-12 təyyarəsinin ekipaj üzvlərinin 7-si də həlak olub.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bu barədə Ukrayna XİN məlumat yayıb.

Ukraynanın Əlcəzairdəki səfirliyinin məlumatına görə, An-12 yük təyyarəsi Taman Rasset (Əlcəzair) - Malabo (Ekvatorial Qvineya) marşrutu üzrə neft avadanlığı daşıyırmış.

Hadisə yerində ekspeertlər işləyir, axtarış işləri davam etdirilir.

Nihad


Müəllif: