ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri sabah Türkiyəyə səfər edəcək.
Axar.az xəbər verir ki, Cefrinin Türkiyənin Müdafiə və Xarici İşlər Nazirliklərində mühüm görüşlər keçirəcəyi gözlənilir.
Görüş zamanı ABŞ-ın Suriyadan çəkilməsi ilə bağlı məsələlərlə yanaşı, S-400 sistemləri haqda da müzakirələr aparılacaq.