5 Mart 2019 13:56
2 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici siyasət vektorunu müəyyən etməyə başlayan Ermənistanın yeni hakimiyyəti Rusiyayönümlü görünsə də, bu xətt ölkənin müstəqillikdən sonra elan etdiyi strategiyadan fərqlənir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyada nəşr olunan “Nezavisimaya qəzeta” yazıb.

Məqalədə Ermənistan Baş naziri Nikol Paşinyanın Avropa İttifaqı yetkililəri ilə görüşmək üçün Belçikaya gedəcəyi də bildirilib:

“Əvvəlcə Robert Köçəryan, daha sonra isə Serj Sərkisyan dönəmindən başlayaraq Ermənistanın xarici siyasətində dəyişikliklər hiss olunmağa başladı. Əlbəttə, hər bir ölkənin öz seçim hüququ olur, amma qütbləşən dünyada konkret seçim etmək zərurəti kimi bir anlayış da var.

Düzdür, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanın xarici siyasətinin dəyişmədiyini açıqladı. Lakin SSRİ-dən sonra Moskva inqilabla hakimiyyətə gələn siyasi qüvvəni xüsusi diqqətdə saxlayır. İrəvan da istisna deyil. Buna görə, Moskvanın güvənini itirdiyini düşünən İrəvan da gərginlik içindədir”.

Nəşrə görə, rəsmi İrəvan Moskvanın etibarını geri qaytarmaq üçün addımlar atmağa başlayıb:

“Məsələn, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistan baş nazirinin müavini Ararat Mirzoyanla görüşündə, İrəvanın Suriyaya hərbi kontingent göndərməsindən ağız dolusu danışdı. Buna görə, Ermənistanın yeni hakimiyyətinin addımını təqdir etdi.

İrəvanın Moskvanın etibarını qazanmaq səyləri isə Vaşinqtonda xoş qarşılamadı. Xüsusilə də, Ermənistanın Suriyaya hərbi qüvvə göndərməsi... Lakin Paşinyan Tehrana dost səfəri ilə yenidən Moskvanın rəğbətini qazandı. ABŞ prezidentinin müşaviri Con Bolton isə İrəvana xəbərdarlıq edərək, İranla təmasların azaldılmasının hər iki tərəf üçün xoş qarşılanacağını bildirdi. Bu səbəbdən də, hesab etmək olar ki, Paşinyanı Belçikaya çağıran Qərb ona İran və Rusiya ilə bağlı yeni vəzifə verəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər