1 Sentyabr 2014 13:02
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avropada antismetizm meylləri artmaqdadır. Bu, son iqtisadi böhrandan sonra özünü daha açıq biruzə verir".

Teleqraf.com xəbər verir ki, bunu “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə keçirilən görüşdə Avropa Şurasının baş katibinin müavini Qabriela Battaini-Draqoni deyib. Onun sözlərinə görə, bütün dünyada olduğu kimi Azərbaycanda da dini sahədə hər şey mükəmməl deyil, amma burada dini zəmində münaqişələrin şahidi olmamışıq.

"Eləcə də Azərbaycan Şərq-Qərb sərhədlərinin kəsiyində yerləşdiyi üçün burada mədəniyyət inkişaf edib, dinlərarası münasibət inkişaf edib. Məhz bu səbəbdən Azərbaycanda olan tolerantlıq ənənələrinin Avropada yayılmasına ehtiyac var".

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər