7 Mart 2019 12:33
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “S-500” hava hücumundan müdafiə sistemləri almaq üçün Rusiya ilə yeni müqavilə imzalayacağını açıqlayıb.

Teleqraf.com “RİA Novosti”-yə istinadən xəbər verir ki, Ərdoğan “S-400” sistemlərinin alışının da davam edəcəklərini bildirib.

Dövlət başçısı qeyd edib ki, digər istiqamətlərdə də Rusiya ilə danışıqların davam edir:

“İyul ayında “S-400”lərin ilk partiyasını alacağımıza ümid edirəm”.

Ərdoğan bununla belə, Rusiyadan “S-500” sistemləri alacaqlarını da bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyi (Pentaqon) bəyanat yayaraq, Türkiyədən “S-400”lərin alışını dayandırmağa çağırıb.

Rəsmi Vaşinqton Ankaranın geri addım atmayacağı halda, bunun baha başa gələcəyi ilə təhdid edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər