9 Mart 2019 18:05
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da ən çox ayrı-seçkiliyə müsəlmanlar məruz qalır.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın məşhur The Hill xəbər saytı araşdırma şirkəti Harris X ilə müştərək anket tərtib edərək sosioloji sorğu keçirib.

Mindən çox seçici arasında keçirilən sorğu iştirakçılarının 85 faizi ABŞ-da ən çox müsəlmanların ayrı-seçkiliyə məruz qaldığını ifadə edib. Müsəlmanların ardınca 79 faizlə yəhudilər gəlir.

Sorğuda iştirak edənlərin 61 faizi xristianların, 55 faizi isə ateistlərin ayrı-seçkiliyə uğradığını düşünüb.


Müəllif: Cavad

Oxşar xəbərlər