9 Mart 2019 20:15
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Ermənistanın yeni rəhbərliyini tanımağa çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı deputat Konstantin Zatulin deyib.

O, Ermənistan Baş naziri Nikol Paşinyanın rus həmkarı Dmitri Medvedyev və Prezident Vladimir Putinlə görüşlərindən də danışıb:

“Bu görüşlər tanışlıq məqsədi daşıyırdı. Eyni zamanda, mən bu prosesin tamamilə ağrısız olduğunu da söyləyə bilmərəm. Çünki Paşinyan və komandasının üzvləri Ermənistandakı rus hərbi bazasının çıxarılması və Avrasiya İqtisadi Birliyindən çıxmaq məsələsini gündəmə gətirmişdilər”.

Rus deputatının sözlərinə görə, Ermənistan rəhbərliyinin KTMT baş katibini vaxtından əvvəl dəyişməsinə dair qəbul etdiyi qərar uğursuz başlanğıc idi: “Bu, Rusiya ilə münasibətlərdə bir sıra problemlərin yaranmasına gətirib çıxardı”.

Zatulin iki ölkə rəhbərliyinin problemlərə həll axtarışında olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər