14 Mart 2019 10:53
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti Yəməndə davam edən müharibəyə daxil olan və ya bu prosesdə hansısa formada iştirak edən hərbçilərinin 30 gün müddətinə geri çəkməlidir.

Teleqraf.com xəbər verir ki, bu barədə Senat qərar verib.

Senatın qəbul etdiyi qanun layihəsi Tramp hökumətinin Səudiyyə Ərəbistanı siyasətinə zərbə də hesab oluna bilər. Bu qanun layihəsi Senatda 46-nın 54-ə səs nisbətində qəbul edilib.

Qanun Əl-Qaida ilə mübarizə istisna olmaqla Yəmən müharibəsində hansısa formada iştirak edən bütün ABŞ hərbçilərinin 30 gün içərisində ölkəyə qayıtmasını qaçılmaz edir. Qanunun layihəsinin Nümayəndələr Palatasından da keçməsi gözlənilir.

Demokratların üstünlük təşkil etdiyi Nümayəndələr Palatası belə bir qanunun qəbuluna müsbət yanaşır.

Tramp hökumətinin Yəmən müharibəsində Səudiyyə Ərəbistanına verdiyi dəstək uzun müddətdir ki, Konqresdə müzakirə olunurdu.


Müəllif: Cavad

Oxşar xəbərlər