Londonun Uaytçepel rayonunda iki şəxs məscidin yaxınlığında müsəlmana hücum edib.
"Report" xəbər verir ki, bu barədə "The Sun" bildirib.
Videogörüntüdə cinayətkarların 27-30 yaşlı şəxsin idarə etdiyi avtomobilə hücümu əks olunur. Cinayətkarlardan biri avtomobilin salonuna daxil olmağa çalışır, digəri avtomobilin kapotunun üstünə çıxmaq istəyir. Kadrlarda həmçinin avtomobilin arxa şüşəsinin sındırıldığı görünür.
Şahidlər bildiriblər ki, çəkiclə silahlanan cinayətkarlar müsəlmanların ünvanına təhqir yağdıraraq, onları terrorçu adlandırıblar.
Cinayətkarlar hadisə yerindən qaçaraq gizləniblər.