18 Mart 2019 09:10
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Honkonq xüsusi inzibati regionunda metroda iki qatar toqquşub.

Teleqraf.com xəbər verir ki, qəza yerli vaxtla gecə saat 3:00 radələrində qatalar yenı işarə sisteminin sınağı üçün hərəkətdə baş verib.

Nəticədə maşinistlərdən biri ayağından aldığı zədəyə, digəri tüstüdən yüngül zəhərlənməyə görə xəstəxanaya yerləşdiriliblər.

Qatarlardan biri relsdən çıxaraq tunelin divarına çırpılması nəticəsində xeyli əzilib.

Bildirilir ki, qəza ilə əlaqədar martın 18-də metronun “Mərkəz” və “Admiral” stansiyaları arasında hərəkət bütün gün üçün dayandırlıb.


Müəllif: Teleqraf.com