26 Mart 2019 15:41
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarışıq növlər (MMA) üzrə irlandiyalı məşhur döyüşçü Konor Makqreqor peşəkar idmandan gedir.

Teleqraf.com xəbər verir ki, bu barədə döyüşçünün özü sosial şəbəkədə bildirib.

30 yaşlı döyüşçü Tvitter açıqlamasında “Qarışıq növlər kimi tanınan döyüş sənətindən ayrılıram. Bütün döyüşçülərə bu idman növündə uğurlar arzu edirəm” yazıb.


Müəllif: Cavad