27 Mart 2019 22:38
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada prezidentliyə namizəd Aleksandr Moroz siyasi mübarizədən çəkilməyi qərara alıb.

Teleqraf.com xəbər verir ki, o, bəyanatında seçki kampaniyasında iştirakını qeyri-məqbul hesab etdiyini açıqlayıb.
Bununla da altıncı namizəd seçki kampaniyasında mübarizəni dayandırıb.

Daha əvvəl Dmitri Qnap, Dmitri Dobrodomov, Sergey Krivonos, Yevqeni Muraev və Andrey Sadovoy prezidentliyə namizədliklərini geri götürüblər.
Xatırladaq ki, Ukraynanın Mərkəzi Seçki Komissiyası 44 nəfərin namizədliyini qeydə almışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər