Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Tvitter hesabından seçki ilə bağlı mesaj paylaşıb.
Teleqraf.com xəbər verir ki, Ərdoğan xalqa müraciət edərək, gün boyunca seçki qutularını nəzarətdə saxlamağı istəyib.
"Əziz millətim, dəyərli mübarizə yoldaşlarım, seçki günü səsvermə başa çatmayana, protokollar Yüksək Seçki Qurumuna verilməyənə qədər bütün gün və gecə boyunca sizləri seçki qutularının başında olmağa dəvət edirəm", - Türkiyə prezidenti bildirib.