Gürcüstan ABŞ-la imzaladığı müqavilə əsasında nəzərdə tutulmuş bütün “Javelin” tank əleyhinə raket sistemlərini alıb.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Levan İzoriya deyib.
İzoriya alınan sistemlərin ordunun arsenalına daxil edildiyini bildirib.
Qeyd edək ki, “Javelin” sistemlərinin ilk partiyası 2017-ci ildə göndərilib.