AKP sədrinin köməkçisi Ali İhsan Yılmaz bələdiyyə seçkilərinin nəticələri ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, o, Büyükçekmece üzrə keçirilən seçkilərin nəticələri ilə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini bildirib.
AKP rəsmisi İstanbulda seçkilərin nəticələrinin ləğvi ilə bağlı müraciət olunmadığını deyib:
“Hələlik Büyükçekmece Seçki Komissiyasına müraciət etmişik, amma bunu rədd ediblər. Vəziyyət belədir. Hesab edirəm ki, vəziyyət düzəlməsə, Mərkəzi Seçki Komissiyasına müraciət ediləcək. Qərar verəcəyik. Hələlik MSK-yə müraciət etməmişik, amma müzakirə olunur”.
***
14:42
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Büyükçekmece (İstanbul) şöbəsi bu bölgədə seçici qeydiyyatının prosedura uyğun aparılmadığını əsas gətirərək İstanbulda nəticələrin ləğvini tələb edib.
Teleqraf.com xəbər verir ki, partiya şöbəsi bununla bağlı Türkiyə Mərkəzi Seçki Komissiyasına müraciət edib.
Məlumata görə, müraciət Respublika Baş Prokurorluğunun istintaq sənədlərinə istinadla edilib. Sənəddə qanunsuz qeydiyyatların seçkinin nəticələrini dəyişəcək dərəcədə olduğu bildirilib.
Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri martın 31-də keçirilib.
İlkin nəticələrə görə, CHP-nin namizədi Əkrəm İmamoğlu qalib gəldiyi bildirilib. AKP buna etiraz edib, bir sıra bölgələrdə etibarsız bülletenlərin yenidən sayılmasına start verilib.