Tarlada işləyən yüzlərlə arakanlı müsəlmana helikopterlerlə hücum edən Myanma ordusu 20 nəfəri qətlə yetirib.
Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində ölənlərlə yanaşı, 40 nəfər də ağır yaralanıb.
Məlumata görə, silahlı hücum Maunqdav və Butidaunq bölgələrində baş verib.
Hücuma məruz qalan müsəlmanların həyatlarını xilas etmək üçün meşəlik ərazilərə qaçdıqları, həyatını itirənlərin 9-nun isə uşaq olduğu bildirilib.