Bir qrup silahlı şəxs Meksikanın sabiq prezidenti Visente Foksun evinə hücum etməyə çalışıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə V.Foks özünün Feysbuk səhifəsində yazıb.
Sabiq prezident bildirib: "Bu səhər silahlı qruplaşma mənim evimə, mənim şəxsi həyatıma daxil olmağa çalışıb, bu, qanunçuluq prinsiplərinə uyğun olmayan ciddi vəziyyətdir. Bu ciddi vəziyyət dərhal dövlət tərəfindən reaksiya tələb edir və mən mənim şəxsi və ailəmin təhlükəsizliyinə görə məsuliyyəti birbaşa (prezident) Andres Manuel Lopes Obardorun üzərinə qoyuram".
2000-2006-cı illərdə prezident olan Visente Fiks hücumun təfərrüatları barədə məlumat verməyib.
Hazırki prezident Andres Manuel Lopes Obardor bildirib ki, general Luis Kresensio Sanval Qonsales, müdafiə nazirinə sabiq prezident Foks və onun ailəsini qoruyacaq təhlükəsizlik qvardiyası yaratmağı tapşırmışam.