9 Aprel 2019 18:45
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya parlamentinin Nümayəndələr Məclisi hökumətin erməni “soyqrımı”nı tanıma tövsiyəsinin səsverməyə çıxarılması qərarını verib. Bu qərardan dərhal sonra İtaliyanın Ankaradakı səfiri Massimo Qaiani Türkiyə Xarici İşlər Nazirliyinə dəvət edilib.

Teleqraf.com bildirir ki, bu barədə İtaliya mətbuatı xəbər yayıb.

Məlumata görə, İtaliya koalisiya hökumətində təmsil olunan 5 Ulduz Hərəkatının təşəbbüsü ilə parlamentin alt qanadı hesab olunan Nümayəndələr Məclisinə verilən tövsiyəyə uyğun olaraq qondarma soyqrımla bağlı yaxın günlərdə səsvermə keçiriləcək.

Hökumətin saxta soyqrımı tanımağı nəzərdə tutan müraciəti haqqında Nümayəndələr Məclisi qarşısında çıxış edən parlamentlə əlaqələr üzrə baş nazirin müşaviri Vincenzo Santanqelo deyib ki, bu addımın türk və erməni xalqları arasında sülhün təşviq edilməsinə dəstək verəcəyinə ümid edir.


Müəllif: Cavad

Oxşar xəbərlər