Fransa Prezidenti Emmanuel Makronun bu gün televiziya vasitəsilə xalq qarşısında edəcəyi çıxışı təxirə salıb.
Teleqraf.com xəbər verir ki, buna Parisin Notr-Dam kilsəsində baş verən yanğın səbəb olub.
Emmanuel Makron "Sarı jiletlilər"in tələblərini nəzərə alaraq, ölkə prezidentinin rəhbərliyi ilə aparılan böyük debatların nəticələrini bu gün televiziya vasitəsilə xalqa açıqlamalı idi.