Feldmarşal Xəlifə Haftar keçid hökumətinin nəzarətində olan Tripoliyə zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, zərbələr nəticəsində 4 nəfər ölüb, 20 mülki şəxs isə yaralanıb.
Məlumata görə, generala bağlı ordu paytaxtı raket hücumuna tutub.
Liviya Səhiyyə Nazirliyinin rəsmisi Fevzi Onis bildirib ki, hücum nəticəsində itkilər olub. O, əlavə edib ki, yaralılardan 4 nəfərin durumu olduqca ağırdır.