21 Aprel 2019 19:25
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda avtobusla yük avtomobilinin toqquşması nəticəsində 7 nəfər ölüb, 34 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb.

Teleqraf.com xəbər verir ki, Dehlidən Varanasiyə gedən avtobus Aqra-Luknou magistralında yük avtomobili ilə toqquşub. Qəza vaxtı avtobusda 41 sərnişin olub.

Avtobusun sürücüsü də daxil olmaqla yaralananlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Hazırda təhqiqat aparılır.


Müəllif: Teleqraf.com