Hindistan Silahlı Qüvvələrinin yeganə hərbi təyyarə daşıyan gəmisi yanıb.
Teleqraf.com xəbər verir ki, “İNS Vikramaditya” gəmisində yanğın zamanı bir zabit ölüb.
Gəmi Karvar limanına yaxınlaşan zaman göyərtəsindən alov çıxıb. Qısa müddət ərzində yanğın nəzarət altına alınaraq söndürülüb. Yanğın zamanı zəhərlənən zabit xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.