27 Aprel 2019 17:47
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kaliforniyada sürücü bir qrup insanı müsəlman zənn edərək avtomobillə onları hədəfə alıb.

Teleqraf.com ABŞ mediasına istinadla xəbər verir ki, 34 yaşlı İsaiah Joel Peoples Kaliforniyanın San Jose şəhərində maşını 8 nəfərlik qrupun üstünə sürüb.

Polis bildirib ki, əldə edilən dəlillər şübhəlinin yoldan keçənlərin iraqlı və müsəlman inanclı olduqlarını güman edib.

Şahidlər qeyd ediblər ki, sürücü avtomobilini insanların üzərinə sürdükdən sonra “İsaya çox şükür” sözlərini deyib.

Sürücünün hədəfə aldığı insanlar 9-52 yaş arasında olub. Avtomobil dəyən 4 nəfər dərhal xəstəxanaya çatdırılıb. Vəziyyəti kritik olan 13 yaşlı asiyalı qız isə reanimasiya şöbəsində saxlanılır.

Sürücü Peoples 2005-2006-cı illərdə İraqda xidmət edib və snayperçi olub.

Prokuror köməkçisi Jay Boyarsk deyib ki, araşdırma davam edir: “Peoples 8 nəfəri öldürməyə cəhd cinayətinə görə məhkəməyə çıxarılacaq. Əgər bu ittiham üzrə cinayəti sübut edilsə ömürlük həbs cəzası alacaq”.


Müəllif: Cavad

Oxşar xəbərlər