27 Aprel 2019 17:35
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Rusiyadan alınacaq S-400 zenit-raket sistemi ölkənin təhlükəsizliyini gücləndirməyə kömək edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə NTV telekanalı xəbər yayıb.

Onun sözlərinə görə, S-400-lərin alınmasının Türkiyə və ABŞ arasında ciddi anlaşılmazlıq yaratmasına baxmayaraq, Ankara üçün ən başlıcası ölkənin gələcəyidir:

“Biz Suriyadakı terrorçuları məhv etmək üçün müxtəlif addımlar atmağa davam edəcəyik, həmçinin indi və gələcəkdə də ölkəmizin təhlükəsizliyini gücləndirəcəyik. Bunu o cümlədən S-400-lər almaq yolu ilə edəcəyik”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər