29 Aprel 2019 14:57
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan əsilli türkiyəli aktyor Tamər Karadağlı Türkiyədə dublyaj işinə xaricdəki kimi qiymət verilmədiyindən gileylənib.

Teleqraf.com xəbər verir ki, “Günaydın həftə sonu” verilişdə qonaq olan aktyor “Dəmir adam” filmindən qonorar tələb etdiyini söyləyib:

“Əlbəttə, “İron man” filmindən qonorar istədim və aldım. Amma mənim üçün böyük qürur olan Atatürk rolunu səsləndirmək üçün pul tələb etməmişəm. “Atatürk”ü səsləndirməyin qarşılığı ola bilməz. Yaxşı aktyorun oynadığı rolu dublyaj edəndə onlardan da nələrsə öyrənirsən”.

Fenomen “Çocuqlar duymasın” serialı barədə danışan Tamər Karadağlı bu layihəyə inanmadan imza atdığını və serialın reytinqdə irəliləməsinə təəccübləndiyi etiraf edib.

Qızı Zeyno ilə arzusunu reallaşdırdığını söyləyən aktyor vurğulayıb ki, 11 yaşında baxdığı filmdə TIR sürücüsünün rolundan təsirlənib: “Qızımla birgə TIR-la ABŞ-da 3-4 ştat gəzdik, belə gözəl xatirələr çox vacibdir”.

Evliliyə gəlincə, Azərbaycan əsilli aktyor ilk evliliyində uğurlu olmadığına görə ikinci evlilik barədə düşünmədiyini bildirib: “Amma iddialı danışmaq da istəmirəm”.


Müəllif: Leyla

Oxşar xəbərlər