Şahzadə Naruhito Yaponiyanın yeni imperatoru olub.
Teleqraf.com-un məlumatına görə, bu, Tokio vaxtı ilə mayın 1-də gecə saat 00:01-də baş verib.
Qeyd edək ki, bir gün öncə Yaponiyanın 85 yaşlı imperatoru Akihito taxtını tərk edib.
Naruhito sabiq imperatorun böyük oğludur. Yeni imperatorun 59 yaşı var.