“Miss Uruqvay-2006” gözəllik müsabiqəsinin qalibi Fatimi Davila Meksikanın paytaxtı Mexikoda yerləşən bir hoteldə ölü tapılıb. Gözəlin cansız bədəni vanna otağında aşkarlanıb.
Teleqraf.com “Vaşinqton Tayms”a istinadən xəbər verir ki, qadının asıldığı təsbit edilib.
Polis əməkdaşlarının ilkin məlumatına görə, 31 yaşlı Davila intihar etmiş ola bilər. Polisə o da məlum olub ki, Fatimi aprelin 23-də Meksikaya bir söhbət üçün gəlib.
Xatırladaq ki, 2018-ci ilin əvvəlində Mexiko şəhəri ətrafındakı Ekatepek şəhərciyində eskort xidmətləri sahəsində fəaliyyət göstərən venesuelalı top-modelin üzərində işgəncə əlamətləri olan meyiti aşkarlanmışdı.