3 May 2019 22:43
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Türkiyəyə verdiyi sözü tutmadı.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, Ankara və Moskva razılıq əldə etmişdi ki, Rusiyanın vasitəçiliyi ilə YPG silahlıları Suriyanın Tel-Rifat rayonunu tərk edəcək:

“Təəssüf ki, YPG silahlıları rayonda qalmaqdadır və müntəzəm olaraq Türkiyə ordusunun azad etdiyi əraziləri atəşə tutur”.

Nazir qeyd edib ki, ümumilikdə Türkiyə və Rusiyanın Suriyada birgə fəaliyyəti regionda sülh və sabitliyin təminatına yönəlib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər