4 May 2019 11:21
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropanın Rusiyaya münasibətdə yürütdüyü siyasət ağılsızlıqdır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell “Focus” jurnalına verdiyi müsahibəsində bildirib.

Diplomat Qərbin Moskvaya yönəlmiş ittihamlarını bir daha səsləndirib. O qeyd edib ki, Avropa bir neçə on il əvvəl Rusiyaya münasibətdə özünü başqa cür aparırdı:

“Avropanın Rusiyanın Krımı işğal etməsinə, təyyarəni vurmasına, seçkiləri manipulyasiya etməsinə və kimyəvi silah istifadəyə imkan verdiyini söyləmək absurd olardı. Bu, sadəcə ağılsızlıqdır! Bu gün biz görürük ki, məhz bu baş verir”.

Səfir, həmçinin, “Şimal axını-2” qaz kəmərinin tikintisini də tənqid edib. O, Rusiyanın bu layihəsinin Avropa dövlətlərini Moskvadan asılı saldığını vurğulayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər