5 May 2019 01:37
1 424
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusunun Qəzzaya hava hücumu nəticəsində Anadolu Agentliyinin buradakı ofisinə 5 raket atılıb və ofis binası tamamilə dağılıb.

Teleqraf.com Anadolu Agentliyinə istinadla xəbər verir ki, itkilər barədə hər hansı məlumat daxil olmayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisə ilə əlaqədar Anadolu Agentliyinin İdarə heyətinin sədri və baş direktoru Şenol Kazancıya telefonla zəng edərək hadisə ilə bağlı məlumat alıb və bu hücumu sərt şəkildə qınadığını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər