6 May 2019 17:42
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ATV kanalında yayımlanan “Hərcai” serialını çəkən “Mia Film” şirkəti sosial media hesabları ilə bağlı açıqlama verib. Şirkət seriala dair sosial media paylaşımı edənlərlə bağlı hüquqi prosedurun başladılacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, açıqlamada deyilir:

“Hərcai”sevərlər, pisniyyətli bəzi fan səhifələri və saxta hesablar artıq serialımıza böyük zərər verməyə başlayıb. Bu, sərf olunan bütün zəhmətə böyük bir sayğısızlıq və oğurluqdur.

“Hərcai” ilə bağlı səhnə çəkib paylaşan, bu paylaşımları yayan, dəstək verən və ssenari ilə bağlı məlumat paylaşımı edən bir çox hesab tərəfimizdən müəyyən edilib.

Bu zəhmət oğurluğu edənlər haqqında kanalımız və şirkətimiz tərəfindən hüquqi prosedur başladılıb. Paylaşımlar edən digər hesablar da incələnməkdədir. Onlarla bağlı da hüquqi prosedur başladılacaq”.


Müəllif: Səxavət

Oxşar xəbərlər