Rusiyanın Rostov vilayətinin Kamensk rayonunda yaşayış binasında qaz partlaması nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, ikimərtəbəli binada baş vermiş hadisə nəticəsində üç mənzil tamamilə dağılıb. Ölənlərdən biri 9 yaşlı qızdır. Partlayışdan sonra sakinlər təxliyyə olunub.
Qəzadan sonra Rostov vilayətində fövqəladə vəziyyət elan olunub.