16 May 2019 15:34
1 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyada orta məktəblərdə hicabı qadağan edən qanun layihəsi parlamentdən keçib.

Teleqraf.com xəbər verir ki, qanun layihəsi Avstriyanın sağçı Azadlıq Partiyası və mərkəz sağ Xalq Partiyasının deputatlarının dəstəyi ilə qəbul olunub.

Məlumata görə, parlamentdə Sosial Demokrat Partiyası və Yeni Avstriya Partiyası qanuna qarşı çıxıb və ciddi polemikalar baş verib. Ancaq sonda hakimiyyətdə olan koalisiya hökuməti qanunu parlamentdən keçirə bilib.

Avstriyanın bir qrup müsəlman nümayəndəsi də parlamentdə müzakirələri müşahidə edib.

Qeyd edək ki, qanunun qəbulu ilə bu ölkənin ibtidai siniflərində təhsil alan şagirdlərə hicab taxmaq qadağan edilir.


Müəllif: Cavad

Oxşar xəbərlər