17 May 2019 09:01
1 869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərində yerləşən I Əbdülhəmid türbəsində mübahisə yaranıb.

Teleqraf.com xəbər verir ki, mübahisəyə səbəb bir nəfərin Məhəmməd peyğəmbərin türbədəki ayaq izi və saqqalını məsxərəyə qoyması olub.

Türbəni kameraya alan şəxs burdakı digər əşyaları da ələ salıb:

“Ərəb dilində oxuyurlar. “Peyğəmbərimizin müqəddəs ayaq izidir”, deyə bir daş qoyublar. Hansı daşın üzərinə ayağını qoysan, izi qalmayacaq. Bu da peyğəmbərin saqqalıdır. Onun saqqalı olsa, nə olacaq?”

Həmin şəxsin sözləri ətrafdakı insanların etirazına səbəb olub, ondan türbəni tərk etməsi tələb olunub.

Videogörüntünü təqdim edirik:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər