22 May 2019 16:00
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın vəkilləri 8 ildən sonra ilk dəfə terrorçunun saxlanıldığı İmralı həbsxanasına gəlib.

Teleqraf.com xəbər verir ki, vəkillər Abdullah Öcalanla görüşəcəklər.

Jandarm qüvvələrinin müşayiəti ilə İmralı adasına gələn vəkillər PKK liderinə alt paltarı, gündəlik qəzetlər və bir neçə kitab gətiriblər.

Qeyd edək ki, Türkiyə Ədliyyə Nazirliyi bir neçə gün əvvəl Abdullah Öcalanla görüş qadağasının ləğv edildiyini açıqlayıb.

PKK lideri sonuncu dəfə bu ilin yanvar ayında qardaşı Mehmet Öcalanla görüşüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər