Yaponiyanın şərq sahillərində, Sakit okean sularında iki yapon yük gəmisi toqquşub.
Teleqraf.com xəbər verir ki, gecə saat 2 radələrində baş verən hadisə nəticəsində dörd nəfər itkin düşüb.
Qəzanın Çiba prefekturasının İnubosaki şəhərindən 12 kilometr məsafədə baş verdiyi bildirilir. Hadisə nəticəsində gəmilərdən biri batıb. Qəza baş verən anda həmin gəmidə 5 nəfər heyət üzvü olub, hazırda itkin düşən dörd nəfərin axtarışları davam etdirilir.
Sahil Mühafizəsi Xidmətinin bildirdiyinə görə, qəza baş verən rayonda gecə vaxtı sıx duman olub.