8 Sentyabr 2014 14:17
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Gürcüstana Şimali Atlantika Alyansına daxil olmaq üçün köməklik göstərəcək.

Teleqraf.com-un unian.net-ə istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanın müdafiə naziri İrakli Alasaniyu bildirib.

O deyib ki, Tbilisidə Gürcüstan ilə ABŞ arasında ikitərəfli əlaqələrin müzakirəsi zamanı Amerika hərbi təyyarələrinin alınması ilə bağlı ilkin razılığa gəlinib.

Həmçinin görüşdə Gürcüstanın NATO-ya qoşulması məsələsi də müzakirə olunub. ABŞ Müdafiə Nazirliyindən verilən açıqlamada bunu vacib edən əsas səbəb kimi Rusiyanın regionda artan təzyiqi göstərilib.

Samir


Müəllif: