Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, Ərdoğan rusiyalı həmkarına iki ölkə arasında əlaqələrin yüksələn xətlə davam etdiyini vurğulayıb.
Türkiyə prezidenti İdlibdə qısa zamanda atəşkəsin əldə olunması və yenidən diqqətin siyasi həll prosesinə yönəltməyin vacibliyini qeyd edib: “Suriya rejiminin İdlibin cənubunda mülki əhalini hədəf alan hücumu zamanı ölüm hallarının qarşısını almaq və sərhədlərimizdə artan köç riskini azaltmaq lazımdır”.