Pakistanın Bəlucistan əyalətində mikroavtobus yük maşını ilə toqquşub.
Teleqraf.com-un məlumatına görə, qəza nəticəsində azı 14 nəfər həlak olub.
Bildirilir ki, qəza mikroavtobusda qeydə alınan nasazlıqdan baş verib. Belə ki, avtobus idarəetməni itirərək qarşı tərəfə çıxıb və yük maşını ilə toqquşub.
Qəza nəticəsində daha 7 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.