Qazaxıstan Daxili İşlər Nazirliyi 9-10 iyun tarixlərində paytaxt Nur-Sultan və Almatı şəhərlərində keçirilmiş mitinqin video-görüntüsünü yayııb.
Teleqraf.com xəbər verir ki, mitinqlər şəhər bulvarında baş tutub.
Məlumatda bildirilir ki, iki şəhərdə baş tutan etiraz aksiyasında ümumilikdə 700 nəfər saxlanılıb, 550 nəfərin işinə baxılması üçün isə məhkəməyə verilib.
Mitinqlər iyunun 9-da Qazaxıstanda keçirilən prezident seçkilərinin saxtalaşdırılması iddiası ilə keçirilib.
Seçkilərdə Kasım Comart-Tokayev qalib gəlib.
Mitinqin videosunu təqdim edirik: