Məşhur amerikalı müğənni Mayli Sayrus açıqlamaları və davranışları ilə gündəmdən düşmək bilmir.
Teleqraf.com xəbər verir ki, keçən günlərdə təcavüzə uğrayan “ulduz” bu dəfə ilginc açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Mayli Sayrus hava limanında başına gələn əhvatlarla bağlı açıqlama verib.
O, hava limanı əməkdaşları ilə aralarında sevgi-nifrət münasibətləri olduğunu deyib:
“Məşhur olduğum üçün mənə qarşı daha həssas davranırlar. Əllə yoxlamaları da xoşuma gəlir”.
Amerikalı müğənni bir fanatının ona təcavüz etməsindən sonra buna sərt reaksiya verib: “Çılpaq olsam da, icazə almadan kimsə toxuna bilməz”.