Çilinin paytaxtı Santyaqo şəhərində metroda baş verən terror aktında xəsarət alanların sayı 14 nəfərə çatıb, onlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir.
Partlayıcı qurğu odsöndürəndə quraşdırılaraq metro stansiyasında yerləşən kafenin zibil qabına atılıb.
Çilinin prezidenti Mişel Baçelet təcili olaraq ölkənin təhlükəsizlik şurasının iclasını çağırıb.
APA