15 İyun 2019 01:35
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya İranın İslam İnqilabı Keşikçiləri Korpusunu Oman körfəzində tankerlərə hücum etməkdə günahlandırıb.

Bu barədə iddia Britaniya xarici siyasət idarəsinin (XİN) cümə günü axşam yaydığı bəyanatda yer alıb.

"Britaniya öz araşdırmasından sonra demək olar ki, müəyyən ehtimalla İran silahlı qüvvələri strukturlarından biri olan İslam İnqilabı Keşikçiləri Korpusunun iyunun 13-də iki tankerə hücum etdiyi qənaətinə gəlib. Dövlət tərəfindən dəstəklənməyən başqa heç kim buna görə məsuliyyət daşıya bilməz", - deyə XİN-in bəyanatında bildirilir.

İdarə iddia edir ki, İran bundan əvvəl də neft tankerlərinə hücum edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər